Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

15 oktyabr 2025 | 16:04

İsmayıllı Rayon İcra Hakimiyyətinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində tələbələr arasında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, ETİHİ RK-nin sədri Hafiz Kərimov, eləcə də kollecin müəllim və tələbə heyəti iştirak ediblər.

Maarifləndirici görüşdə çıxış edən natiqlər narkomaniyanın fəsadları, insan sağlamlığına vurduğu zərərlər və bu kimi zərərli vərdişlərə qarşı mübarizə yolları barədə iştirakçılara ətraflı məlumat veriblər. Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı maarifləndirmənin gücləndirilməsi olub.

Keçidlər