Şriftin ölçüsü :

Saytın rəngi :

Nikitin adına kolxozun bazasında yaradılacaq “İvanovka Aqropark” ASC-nin təqdimat mərasimi keçirilib.

14 fevral 2025 | 11:17

13 fevral 2025-ci il tarixində İvanovka kənd Mədəniyyət sarayında Nikitin adına kolxozun bazasında yaradılacaq “İvanovka Aqropark” Açıq Səhmdar Cəmiyyətinin təqdimat mərasimi keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müşavirləri Rövşən Həsənov və Fərid Nəcəfov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Aqrolizinq ASC-nin sədr müavini   İlqar Məhərrəmov,  “İvanovka Aqropark” ASC-nin direktoru Ramin Əlifov, Nikitin adına kolxozun üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə İsmayıllı RİH başçısı Nahid Bağırov açaraq aqroparkın yaradılmasının əhəmiyyəti və gələcək inkişafı barədə məlumat verib.

Təqdimat mərasimində təsərrüfatda bütün sahələr üzrə hazırki vəziyyət təhlil edilib və aqroparkın inkişaf istiqamətləri, aqropark üzvlərinin sosial-iqtisadi şəraitinin daha da yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, müasir texnologiyaların təsərrüfatda tətbiq olunması barədə danışılıb.

Sonda kolxoz üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Keçidlər