Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti asfaltlanma işləri Gəraybəyli kəndində aparılıb

04 sentyabr 2023 | 18:03

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, İsmayıllıda da abadlıq quruculuq işləri davam etdirilir.

Rayonun küçə və qəsəbədaxili məhəllələri təmir edilir və asfatlanır. İsmayıllı rayonunun  Gəraybəyli kəndini magistral avtomobil yolu ilə birləşdirən, uzunluğu 1200 metr əsas kənd daxili yola asfalt örtük vurulub. Görülən işlər hər bir kənd sakininin sevincinə səbəb olmaqla, kəndə gəlib gedən insanların rahatlığını təmin edəcək.

Qeyd edək ki, rayonun digər kəndlərində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.

Keçidlər