Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul İsmayıllı rayonunun Quşencə kəndində keçirilib

19 may 2022 | 19:37

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə may ayının 19-da Quşencə kəndində səyyar qəbul keçirib.

Qəbulda RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Rayon rəhbəri əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq İsmayıllı rayonunda görülən işlər barədə sakinlərə  məlumat verib. İcra Başçısı bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.

Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəbul iştirakçıları Quşencə kənd tam orta məktəbində Vətən müharibəsi şəhidləri Taleh Qənbərli və Həsən Abdullayevin adını daşıyan sinif otaqları ilə tanış olub, xatirə lövhəsinə baxış keçiriblər.

Keçidlər