Qanunsuz tikintilərlə bağlı görüş keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində İƏD üzrə nümayəndə və bələdiyyələrlə qanunsuz tikintilərlə əlaqədar görüş keçirilib.
Görüşdə qeyd olunub ki, rayon ərazisində qanunsuz tikintilərin vaxtında aşkarlanması və qarşısının alınması məqsədilə RİH-nin başçısı Nahid Bağırovun sərəncamı ilə komissiya yaradılıb. Rayon rəhbəri komissiyanın işinin fəaliyyəti olaraq İƏD üzrə nümayəndə və bələdiyyələrə tapşırıqlarını verib. Qeyd edib ki, İƏD üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən ərazilərində qanunsuz tikintilərin aparılmaması ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılmalı və proflaktiki tədbirlər gücləndirilməlidir. Habelə vaxtında qanunsuz tikinti işləri aparan vətəndaşlar barədə müvafiq tədbirlər görülməli, İsmayıllı Rayon İcra Hakimiyyətinə, müvafiq dövlət qurumlarına və hüquq mühafizə orqanlarına məlumat verilməlidir.
RİH başçısı bildirib ki, qanunsuz tikintilərin həyata keçirilməsi halları baş verdikdə həm vətəndaşlar, həm də bu işlərə himayədarlıq edən vəzifəli şəxslərlə bağlı qanunamüvafiq qaydada ciddi tədbirlər görüləcək.