Şriftin ölçüsü :

Saytın rəngi :

“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının I mərhələsi İsmayıllı rayonunda keçirilib

06 may 2025 | 09:33

Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə İsmayıllı Rayon Təhsil sektorunun  tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində  “Qərbi Azərbaycana qayıdış” olimpiadasının I mərhələsi keçirilib.

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, ədəbiyyatı, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir. Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələdən ibarət olacaq. Olimpiadanın yarımfinal turu may ayında zonalar üzrə, final mərhələsi isə iyun ayında Bakı şəhərində keçiriləcəkdir.

Keçidlər