Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işləri aparılır
Prezidentin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndinin icrası çərçivəsində rayonun İvaovka kəndində İsmayıllı Rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin, “İvanovka Aqropark” ASC-nin nümayəndələrinin, İvakovka kəndində fəaliyyət göstərən qida məhsullarının email, konservləşdirilməsi, saxlanılması ilə məşğul olan sahibkar və iş adamlarının iştirakı ilə qida məhsullarının konservləşdirilməsi, saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena qaydalarına riayət olunması mövzusunda maarifləndirmə tədbiri keçirildi.
Tədbir zamanı məktəb və uşaq bağçalarında konservləşdirilmiş qidaların təhlükəsiz hazırlanması və saxlanması, etiket məlumatlarının düzgün oxunması, bakterial zəhərlənmələrin qarşısının alınması və sağlam qidalanma ilə bağlı məlumat verildi.
Həmçinin saxtalaşdırılmış adlarla, etiketsiz bu tipli məhsulların pərakəndə satışı ilə məşğul olan bəzi sahibkarləq obyektlərinə qanuni tələblərə uyğun fəaliyyət göstərmələri haqqında tövsiyələr verildi.
Çıxışlarda vurğulandı ki, qida itkisinin azaldılması və məhsulun keyfiyyətinin qorunması üçün düzgün konservləşdirmə üsulu seçilməli, istifadə olunan xammal normativ tələblərə cavab verməlidir. Qida təhlükəsizliyinin cəmiyyətin inkişafı və gələcək nəsillərin sağlamlığı üçün xüsusi əhəmiyyət daşıdığı qeyd olundu.






