Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidi Famil Əhmədzadənin atası Ağaəhməd Əhmədovun 75 illik yubileyi münasibətilə təbrik edilib
26 yanvar 2026 | 17:50
Rayon rəhbərliyinin adından yubilyara səmimi təbriklər çatdırılıb, Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun xoş arzuları bildirilib.
Görüş zamanı Ağaəhməd Əhmədova hədiyyə təqdim olunub, yubiley tortu kəsilib və onun keçdiyi mənalı həyat yolundan bəhs edilib. Süfrə arxasında səmimi söhbətlər aparılıb, xatirələr bölüşülüb.
Qeyd edək ki, şəhid Famil Əhmədzadənin atası Ağaəhməd Əhmədov uzun illər Rayon İcra Hakimiyyətində çalışmış, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilmiş və hazırda pensiyadadır. Rayon rəhbərliyi onun əməyini yüksək qiymətləndirərək sağlamlıq və uzun ömür arzulayıb.






