Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində rəhbər vəzifəli şəxslər üçün idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı davamlı olaraq təlimlər keçirilir

07 yanvar 2026 | 19:34

07 yanvar 2026-cı il tarixində növbəti dəfə keçirilən təlim əsnasında rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi üzrə də biliklərinin artırılması məqsədilə bir sıra mövzular barədə tövsiyələr verilmişdir.

Həmçinin İsmayıllı Rayon İcra Hakimiyyətinin kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində 2025-ci il üzrə illik hesabatla əlaqədar tapşırıqlar, insan kapitalının inkişafı və insan potensialının artırılması sahəsində tədbirlərin hazırlanması və həyata keçirilməsi üçün təkliflər müzakirə edilmişdir. 

Təlimdə həmçinin Dövlət İmtahan Mərkəzi tərəfindən daxil olmuş dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsinə dair 2024-cü il üzrə yekun məlumatlar müzakirə edilmişdir. Bundan əlavə RİH-də qiymətlədirməni həyata keçirən vəzifəli şəxslərlə fikir müzakirə aparılmış, qiymətləndirmə aparılan zaman “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na ciddi əməl edilməsi tövsiyə edilmişdir.

Keçidlər