Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırovun Ramazan bayramı münasibətilə təbriki

02 may 2022 | 10:40

Əziz ismayıllılar! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq, mərhəmət, şəfqət və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir. İnsanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran bu bayram günlərində mömin vətəndaşlarımız din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirir, mənəvi zənginliyin, əxlaqi kamilliyin sevincini yaşayırlar.

Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar səslənir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz, saf niyyətiniz Tanrı dərgahında qəbul ediləcək,

Müqəddəs Ramazan bayramı münasibətilə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edir, şəhid ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi və veteranlarımızı təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Əziz bacı və qardaşlar!

Müqəddəs Ramazan bayramında bir daha hamınıza ailə səadəti, sağlamlıq, milli və bəşəri dəyərlərə sədaqət, əmin-amanlıq diləyir, xoşbəxt günlərin sevincini yaşamaqla cənab İlham Əliyevin ətrafında sıx birləşməyi arzulayıram!

Ramazan bayramınız mübarək olsun!

Keçidlər