Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Qurban bayramı münasibətilə təbriki

09 iyul 2022 | 07:35

Əziz həmvətənlər!

Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycan xalqının qeyd etdiyi bayramlar sırasında həmrəylik, bərabərlik və xeyirxahlıq kimi mənəvi keyfiyyətlərin təcəssüm tapdığı Qurban bayramı ölkəmizdə geniş şəkildə keçirilir. Bu bayram insanları mərhəmətə və mənəvi saflığa ruhlandıran dəyərli adət-ənənələrimizdən biridir.

Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsir, imkansızlara və ehtiyacı olanlara yardımlar edir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsini hər zaman olduğu kimi bayram ərəfəsində də ehtiramla yad edərək şəhid ailələrini, torpaqlarımızın düşməndən qorunması uğrunda savaşda sağlamlığını itirən döyüşçülərimizi və müharibə veteranlarını da bayram münasibətilə təbrik edirəm.

Əziz bacı və qardaşlarım!

Kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Keçidlər