Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon məktəbliləri arasında futbol çempionatı başa çatıb

30 oktyabr 2025 | 12:11

Rayon ümumtəhsil məktəbləri arasında şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş futbol çempionatı keçirilib. Yarışda rayonun müxtəlif məktəblərini təmsil edən komandalar iştirak ediblər.

Gərgin və maraqlı idman mübarizəsindən sonra final mərhələsinə şəhər 5 nömrəli tam orta məktəbin və şəhər 1 nömrəli tam orta məktəbin komandaları yüksəlib. Keçirilən həlledici oyunda üstün oyun nümayiş etdirən şəhər 1 nömrəli tam orta məktəbin komandası qalib gələrək rayon çempionu adını qazanıb.

Turnirin əsas məqsədi məktəblilərdə idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq olub.

Yarışın sonunda qalib və fərqlənən komandalar  hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər