Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri İsmayıllı şəhər 5 saylı tam orta məktəbin müəllim kollektivi ilə görüş keçirib

10 oktyabr 2025 | 09:50

İsmayıllı şəhər 5 saylı tam orta məktəbində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun iştirakı ilə müəllim kollektivi ilə görüş keçirilib. Görüşün əsas məqsədi təhsil müəssisəsində mövcud vəziyyəti yerindəcə qiymətləndirmək, müəllimlərin fikirlərini dinləmək və qarşılıqlı fikir mübadiləsi aparmaq olub.

Səmimi və açıq dialoq şəraitində keçirilən tədbirdə tədris prosesi, şagird nailiyyətləri, müəllimlərin ehtiyacları və ümumi təhsil mühiti ilə bağlı məsələlər müzakirə olunub.

Nahid Bağırov çıxışında son illərdə rayonda təhsil infrastrukturunun yenilənməsi, məktəblərin əsaslı şəkildə təmiri və yeni təhsil ocaqlarının istifadəyə verilməsi barədə məlumat verib. Bildirib ki, təhsildə davamlı inkişaf yalnız müəllimlərlə sıx əməkdaşlıq və güclü ünsiyyət sayəsində mümkündür.

Bu kimi görüşlər gələcəkdə də davam etdiriləcək və təhsil ictimaiyyəti ilə açıq dialoqun, qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq.

Keçidlər