Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri növbəti səyyar qəbulunu İsmayıllı rayonunun Xanagah kəndində keçirib

11 noyabr 2022 | 15:26

RİH başçısı Nahid Bağırov hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonun Xanagah kəndində səyyar qəbul keçirib.

Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox  müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər