Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 1 nömrəli məktəbin kollektivi ilə görüş keçirib

24 oktyabr 2025 | 11:06

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun iştirakı ilə 1 nömrəli tam orta məktəbdə pedaqoji kollektiv ilə görüş keçirilib.

Görüşdə təhsil sahəsində əldə olunan uğurlar, mövcud problemlər, həmçinin tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Tədbirdə məktəbin zəif və güclü tərəfləri təhlil edilib, müəllimlərin fikir və təklifləri dinlənilib. Müəllimlər tədrisin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi, eləcə də təlim-tərbiyə mühitinin daha da yaxşılaşdırılması ilə bağlı fikirlərini bölüşüblər.

Rayon rəhbəri vurğulayıb ki, təhsil sahəsinin inkişafının hər zaman diqqət mərkəzində saxlanılır. Məktəbdə əldə olunan nailiyyətləri yüksək qiymətləndirib, eyni zamanda mövcud çətinliklərin aradan qaldırılması üçün birgə səylərin vacibliyini qeyd edib.

Keçidlər