Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda dini vəziyyətlə bağlı ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib

07 yanvar 2026 | 17:25

06 yanvar 2026-cı il tarixində İsmayıllı şəhərində yerləşən “Cümə” məscidində din xadimlərinin iştirakı ilə "Rayonda dini vəziyyətlə bağlı ötən ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda tədbir keçirilib.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə dövlət-din münasibətlərinin mövcud vəziyyəti, rayonda dini sabitliyin qorunması istiqamətində görülən işlər, dini radikalizmə qarşı mübarizə tədbirləri, eləcə də dini maarifləndirmənin gücləndirilməsi məsələləri müzakirə olunub. Çıxış edənlər ötən il ərzində əldə olunan nəticələri qiymətləndirərək, qarşıdakı dövr üçün prioritet vəzifələrdən bəhs ediblər.

Eyni zamanda, dini icmalarla əməkdaşlığın genişləndirilməsinin, sağlam dini mühitin qorunmasının və gənclər arasında düzgün dini düşüncənin formalaşdırılmasının vacibliyi xüsusi vurğulanıb.

Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və iştirakçıların sualları cavablandırılıb.

Keçidlər