Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika çempionları ilə görüş keçirildi

08 iyul 2026 | 12:47

Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi "Gənc xilasedici və yanğınsöndürən" respublika yarışında I yerə layiq görülərək qızıl medal qazanan İsmayıllı komandası ilə görüş keçirildi.

Görüş zamanı komandanın əldə etdiyi möhtəşəm nəticə yüksək qiymətləndirildi, onların əzmkarlığından, hazırlıq prosesində göstərdikləri məsuliyyətdən danışıldı. Komandanın rəhbəri, Əməkdar müəllim Əsgər Manafovun və bu uğurda əməyi olan hər kəsin fəaliyyəti xüsusi qeyd edildi.

Gənclərimizi qazandıqları böyük qələbə münasibətilə bir daha təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar arzulayırıq.

İnanırıq ki, İsmayıllı gəncləri bundan sonra da respublika səviyyəsində rayonumuzu layiqincə təmsil edəcək və yeni nailiyyətlərə imza atacaqlar.

Keçidlər