RİH başçısı Nahid Bağırov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rayonun bir qrup fərqlənən gəncləri və idmançıları ilə görüşüb
İsmayıllı Rayon İcra hakimiyyətində təşkil olunan görüşdə rayon rəhbəri Nahid Bağırov, RİH başçısının müavini Sevil Əhmədova, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və əməkdaşları, 2022-ci ildə rayonumuzu zona və respublika miqyaslı tədbirlərdə uğurla təmsil edən gənclər, həmçinin məşqçi müəllimlər və idmançılar iştirak edib.
Görüşdə RİH-nin başçısı Nahid Bağırov rayonda gənclər siyasəti ilə bağlı görülən işlərdən bəhs etmiş və qeyd etmişdir ki, bu gün gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu mühüm addımın böyük rolu vardır.
Rayon rəhbəri İsmayıllıda da gənclərin müxtəlif sahələrdə o cümlədən təhsil və idman sahəsində qazandıqları uğurların rayon üçün əhəmiyyətindən danışaraq, rayonu təmsil edən gənclərimizə daha böyük nailiyyətlər arzu edib. Qeyd edib ki, Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.
Tədbirin sonunda İsmayıllı rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları sahiblərinə təqdim olunub.