RİH başçısı Nahid Bağırov İsmayıllının Mücəftəran kəndində yaşayan yəhudi əsilli Miqar Manaşirovun qonağı olub
21 iyun 2022 | 15:58
Mücəftəran kəndi yəhudilərin kompakt şəkildə yaşadıqları kənd olsa da, hazırda kənddə yaşayan yeganə yəhudi əsilli 89 yaşlı Miqar Manaşirovdur.
İsmayıllı nümayəndə heyəti İsrail şəhərinin qardaşlaşmış Kiryat Bialik şəhərində İsmayıllı yəhudiləri haqqında çəkilmiş “Mən səni unutsam-İeruselim” filminin təqdimatı zamanı filmin qəhrəmanı Miqar Manaşirovun oğlu ilə həmsöhbət olarkən, ilk fürsətdə onun Mücəftəran kəndində yaşayan atasını ziyarət edəcəyini bildirmişdi.
Səmimi söhbət zamanı rayon rəhbəri ağsaqqalın xatirələrini dinləyib, onun qayğıları ilə maraqlanıb. Söhbət zamanı ağsaqqalın elinə, obasına bağlılığı diqqət çəkib.