RİH başçısının Mollaisaqlı kəndində vətəndaşlarla keçirdiyi səyyar görüş-qəbul zamanı kənddaxili yolların təmiri ilə bağlı müraciətlər səsləndirilmişdir
16 aprel 2026 | 19:10
Qaldırılan məsələ ilə əlaqədar olaraq RİH başçısı tərəfindən aidiyyəti üzrə İvanovka bələdiyyəsinə müvafiq tapşırıqlar verilmiş və operativ şəkildə işlərə başlanılmışdır.
Mollaisaqlı kəndində kənddaxili yolların təmiri başa çatdıqdan sonra isə növbəli şəkildə digər kəndlərdə də daxili yolların təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.






