SAF2025 – Beynəlxalq STEAM Azərbaycan Festivalında qalib olan şagirdlərlə görüş keçirilib
İsmayıllıda SAF2025 – Beynəlxalq STEAM Azərbaycan Festivalında qalib gəlmiş şagirdlərlə görüş təşkil olunub. Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Təhsil sektorunun müdiri Rəşid Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva və ETİHİ İsmayıllı komitəsinin sədri Hafiz Kərimov iştirak edib, qalib şagirdləri və onların müəllimlərini təbrik ediblər.
Görüş zamanı şagirdlərin festivaldakı uğurları yüksək qiymətləndirilib və onların gələcək fəaliyyətlərinə töhfə verəcək dəstək tədbirlərindən söz açılıb. Qalib olan şagirdlər, eləcə də onların müəllimləri və məktəb direktorları ETİHİ İsmayıllı komitəsinin fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olunublar.
Tədbir sonda xatirə fotoları və qarşıdakı layihələr barədə fikir mübadiləsi ilə yekunlaşıb.






