“Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib
18 noyabr 2025 | 12:07
İsmayıllıda Dövlət Proqramının icrası ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Dövlət Peşə Tədris Mərkəzində “Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi və qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tövsiyələr verilib.






