Şairi, publisisti və ədəbi-ictimai xadimi Şahməmməd Dağlaroğlunun 70 illik yubileyi münasibətilə görüş keçirilib
Rayonumuzun tanınmış şairi, publisisti və ədəbi-ictimai xadimi Şahməmməd Dağlaroğlunu 70 illik yubileyi münasibətilə təbrik etdik.
Görüş zamanı Şahməmməd müəllimin uzun illər ərzində ədəbiyyat, jurnalistika, tərcüməçilik və ictimai fəaliyyət sahələrində göstərdiyi xidmətlərdən, doğma İsmayıllının ədəbi-mədəni həyatına verdiyi töhfələrdən geniş söz açıldı.
Səkkiz kitabın müəllifi, 90-dan artıq kitabın redaktoru olan yubilyarın rayonumuzun ədəbi mühitinin inkişafına, yerli yazarların yaradıcılığının təbliğinə verdiyi töhfələr xüsusi qeyd olundu.
Səmərəli fəaliyyətinə və rayonumuzun ictimai-mədəni həyatındakı xidmətlərinə görə Şahməmməd Dağlaroğluna təşəkkürnamə və mükafat təqdim etdik.
Şahməmməd müəllimi bir daha ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq!






