Şriftin ölçüsü :

Saytın rəngi :

Sakin məmnuniyyəti bizim əsas hədəfimizdir: Bazar ətrafı asfaltlanıb

02 may 2025 | 16:52

Bir müddət əvvəl Bazar ətrafında sakinlərlə keçirilən görüş zamanı vətəndaşlarımız tərəfindən ən çox səsləndirilən narahatlıqlardan biri həmin ərazidə yol infrastrukturunun zəif olması, asfalt örtüyünün olmaması və yolların bərbad vəziyyətdə olması idi.

Tövsiyə və tapşırıqlarımıza uyğun olaraq, ən qısa zamanda Bazar rəhbərliyi tərəfindən ərazidə asfaltlanma işləri həyata keçirildi. Artıq bazar ətrafı və əsas istifadə olunan yollar yeni asfalt örtüyü ilə təmin olunub.

Hər zaman olduğu kimi, bu dəfə də əsas məqsədimiz sakinlərimizin gündəlik rahatlığını təmin etmək, onların arzu və istəklərinə həssaslıqla yanaşmaqdır. Sakinlərimizin rahatlığı və məmnuniyyəti bizim fəaliyyətimizin əsas istiqamətidir.

Keçidlər