Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov iyunun 14-də İsmayıllı, Ağsu, Şamaxı, Qobustan rayonlarından olan vətəndaşları qəbul edib

14 iyun 2024 | 18:50

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov iyunun 14-də İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı, Ağsu, Şamaxı, Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. İsmayıllı rayonunun Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi hörmətlə anılıb.

Qəbulda 16 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Keçidlər