Şəhid Ağayev Ayaz Həbulla oğlu doğulduğu Hacıhətəmli kəndində dəfn olundu
Bu gün I Qarabağ müharibəsində itkin düşmüş Ağayev Ayaz Həbibulla oğlunun nəşinin qalıqları İsmayıllı rayonunun Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayonun huquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.
Şəhid Ayaz Ağayevin nəşi evinə oradan isə kənd qəbristanlığına aparılıb. İzdihamla müşahidə olunan dəfn mərasimində əllərində üçrəngli bayrağımızı dalğalandıran gənclər “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndiriblər.
İsmayılll Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr arzulayıb. Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadətdən danışıb. Qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Çıxışlardan sonra şəhidlərimizin ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb.
Şəhidin tabutu üzərindəki Azərbaycanın üçrəngli bayrağı qardaşına təqdim edilib.
Allah rəhmət eləsin !!!