Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri – xalqımızın ən böyük mənəvi dəyəri

07 iyun 2026 | 00:20

İsmayıllı rayonundan olan şəhid ailələri Zəfər Parkını və Qənimətlər Parkını ziyarət edib.

Səfər çərçivəsində Vətən müharibəsi şəhidi Ruslan Tağıyevin II Fəxri Xiyabandakı məzarı da ziyarət olundu, əziz xatirəsi dərin hörmət və ehtiramla anıldı.

Şəhid ailələri xalqımızın ən böyük mənəvi dəyərlərindən biridir. Onların göstərdiyi fədakarlıq, Vətənə bağlılığı və mərdliyi hər birimiz üçün örnəkdir.

Şəhid ailələrinin yanında olmaq, onların qayğıları ilə yaxından maraqlanmaq və onlara mənəvi dəstək göstərmək hər zaman fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalacaq. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Keçidlər