Şəhid Zaman Qarayevin adını daşıyan Qalınçaq kənd tam orta məktəbinin 100 illik yubileyi keçirilib
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsinə ucaldılmış kompleksə gül dəstələri düzərək, onların xatirəsinə ehtiramlarını bildiriblər. Dövlət himni ilə başlayan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, kənd ağsaqqalları iştirak ediblər.
Tədbirdə çıxış edənlər məktəbin tarixi, qazandığı uğurları, tanınmış ziyalıları və məzun şagirdləri haqqında məlumat verərək məktəbin fəaliyyətində uğurlar arzulayıblar. Təhsilin inkişafına böyük diqqət və qayğının göstərildiyini, bu inkişafın Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.
Tədbir çərçivəsində bu qədim təhsil ocağının müəllimi şəhid atası, Qarabağ ordenli Nəcəfov Taleh Soltan oğlunun 65 yaşı qeyd olunub. Müəllimin fədakar əməyi dəyərləndirilib, pedaqoji fəaliyyəti haqqında xoş sözlər deyilib.
Tədbir məktəb şagirdlərinin hazırladıqları kompozisiya ilə davam etdirilib.