Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin medalı ailəsinə təqdim olunub

30 aprel 2022 | 16:38

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Famil Əhmədzadənin ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə  təltif edildiyi “Suqovuşanın azad olunmasına görə” medalı şəhidin ailəsinə təqdim olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi ilə birgə şəhidin ailəsini ziyarət edib, şəhid Familin şərəfli döyüş yolundan və müəllimlik fəaliyyətindən danışıblar.

Şəhidin oğluna atasının Vətən müharibəsində göstərdiyi igidliyə görə təltif olunduğu medal təqdim edilib.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

 

 

Keçidlər