Səhiyyə işçiləri ilə görüş keçirildi
Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində səhiyyə işçiləri ilə mühüm görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nəsimi Teymurov, Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Vidadi Rəhimov, həkimlər və məsul tibb işçiləri iştirak edib.
Tədbir ərzində son dövrlərdə səhiyyə sahəsində görülmüş işlər, həyata keçirilən layihələr və ünvanlanan uğurlar müzakirə edilib. Bununla yanaşı, mövcud problemlər aşkar edilərək həll yollarının araşdırılması istiqamətində fəaliyyətlər planlaşdırılıb. Görüşdə qarşıda duran vəzifələr və strateji hədəflər müyən edilərək işlərə daha keyfiyyətli yanaşma tələbi qoyulub.
Eyni zamanda, sakinlərin tibbi xidmətlərdən istifadəsinin rahat və effektiv təmin edilməsi üçün tibb işçilərinə lazımi tapşırıqlar verilib. Tibb işçilərinə səhiyyə sistemində peşəkar iş prinsipini daha da mükəmməlləşdirmək üçün personalın bacarıqlarını artırmaq, əlilərin və xüsusi imtiyazlı qrup şəxslərin, eyni zamanda, əhalinin tibbi ehtiyaclarına həssas yanaşmaq və keyfiyyətli tibb xidməti təmin edilməsi üçün və onların müraciətlərinin operativ şəkildə həll edərək lazımi köməklik göstərilməsi tövsiyə olunmuşdur.