Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev məhkəmə fəaliyyəti ilə bağlı vətəndaşları İsmayıllı Rayon Mənkəməsinin inzibati binasında qəbul edib
Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev mayın 27-də məhkəmə fəaliyyəti ilə bağlı İsmayıllı rayonunda İsmayıllı və Göyçay rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.
Qəbuldan öncə ismayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev, İsmayıllı Rayon Məhkəməsinin sədri Rəfayel Şirinov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında qəbula gələn vətəndaşların hər biri Şəki Apellyasiya Məhkəməsinin sədri tərəfindən dinlənilib və müraciətlərdə qeyd olunan məsələlərin həlli istiqamətində müvafiq izahlar verilib.