"Səngərdən Qələbəyə gedən yol Vətəndir!" adlı esse-müsabiqə keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyəti, DŞRTİ İsmayıllı rayon Təhsil Sektoru, YAP İsmayıllı təşkilatı, DŞRGİİ-nin birgə təşkilatçılığı ilə 27 Sentyabr-Anım Gününə həsr edilmiş tədbir və esse müsabiqəsi keçirilib.
Öncə Şəhidlər xiyabanı ziyarət edilib.
Tədbir Azərbaycan Respublikasının Himninin səslənməsi ilə başlayıb. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sektor müdiri Rəşid Məmmədov, şəhid anası Nəzakət xanım və digər çıxışçılar vurğulayıblar ki, ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Sonra məktəblilər tərəfindən Anım Gününə həsr olunmuş kompozisiya təqdim olunub, şagirdlərin rəsmlərindən ibarət sərgi nümayiş etdirilib.
Daha sonra İKT bacarıqları olan şagirdlər elektron esse müsabiqəsində iştirak ediblər.
Tədbirdən xatirə şəkilləri çəkilib.