Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbullarda qaldırılan məsələlər operativ şəkildə həll olunur

26 oktyabr 2026 | 15:06

Vətəndaşların müraciətlərinin yerində dinlənilməsi və qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər davam etdirilir.

Mücühəftəran kəndində keçirilən səyyar qəbul zamanı sakinlər kənddaxili yolların yararsız vəziyyətdə olmasını, xüsusilə yağışlı havalarda məktəbli şagirdlərin məktəbə gedərkən çətinliklərlə üzləşdiyini bildiriblər. Qaldırılan məsələ diqqətdə saxlanılaraq bu gün kənddaxili yollarda təmir-bərpa işləri aparılıb, yolların qrabilləşdirilməsi həyata keçirilib.

Basqal qəsəbəsində keçirilən səyyar görüş-qəbul zamanı isə sakinlər ötən il yağan güclü yağışlar nəticəsində dağılmış Basqalçay üzərindəki asma körpünün bərpası ilə bağlı müraciət ediblər. Səyyar qəbul zamanı qaldırılan məsələ həllini tapıb və körpü bərpa olunub.

Görülən işlər sakinlərin gündəlik həyatının asanlaşdırılmasına, rahat gediş-gəlişinin təmin edilməsinə və vətəndaş müraciətlərinin həllinə yönəlib.

Keçidlər