Səyyar qəbullarda qaldırılan məsələlər öz həllini tapır
İsmayıllı rayonunun kəndlərində keçirilən səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir.
Belə ki, Gəraybəyli kəndində yararsız işıq dirəkləri yeniləri ilə əvəz olunub, Tağlabiyan kəndində sakinlərin intensiv istifadə etdiyi yol təmir edilib, Əhən kəndində yol infrastrukturu ilə bağlı sakinlərin müraciəti həllini tapıb. Cülyan kəndində su keçidləri və su boruları, eləcə də qəbiristanlığa gedən yol təmir olunub. Mücühəftəran kəndində isə qəbiristanlıq üçün yer ayrılması ilə bağlı sakinlərin səyyar qəbulda qaldırdıqları məsələ verilən tapşırığa uyğun olaraq həll edilib.
Vətəndaş müraciətlərinin diqqətdə saxlanılması və qaldırılan məsələlərin həlli istiqamətində işlər bundan sonra da davam etdiriləcək.






