Tircan kəndində səyyar görüş keçirilib
29 aprel 2022 | 09:19
Rayon rəhbəri Nahid Bağırov İsmayıllının Tircan kəndində vətəndaşlarla səyyar görüş keçirib. Səyyar görüşdə millət vəkili Novruzəli Aslanov, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərləri iştirak ediblər.
Görüşdə vətəndaşlar tərəfindən kənddə su təchizatının yaxşılaşdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi, torpaq məsələləri, Qasımkənd məhəlləsinə gedən yolun təmir edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.