Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə inşa yazı müsabiqəsi keçirilib

04 may 2023 | 10:31

“Heydər Əliyev İli” çərçivəsində İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Sektoru, rayon Gənclər və İdman İdarəsi və Heydər Əliyev Mərkəzi ilə birgə məktəblilər arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə inşa yazı müsabiqəsi keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Təhsil Sektorunun aparıcı məsləhətçisi Rahim Baxışov və metodisti Ülviyyə Zeynalova, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov ,məktəblərin müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsinin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının qiymətləndirilməsi ilə istedadların üzə çıxarılması olub.

İlk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirakçıları Ulu Öndərin siyasi kursu, Azərbaycan dövlətinin və xalqının həyatında xilaskarlıq missiyası haqqında maarifləndiriliblər. Eyni zamanda qeyd olunub ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.

Heydər Əliyev Mərkəzi daxilində həyata keçirilən ekskursiyadan və təşkil edilmiş sərgiyə baxışdan sonra müsabiqəyə start verilib. Verilən bir saat ərzində şagirdlər öz fikir və duyğularını qələmə alıblar. İsmayıllı şəhər və kənd məktəblilərinin iştirak etdiyi inşa-yazı müsabiqəsinin nəticələrinə əsasən qalib olmuş gənclər İsmayıllı rayon Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif olunacaqlar.

Keçidlər