Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibətilə ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat idman növü üzrə İsmayıllı rayon turniri keçirilib
06 may 2025-ci il tarixində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin və ATİAHİ İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı və İsmayıllı rayon İcra Hakimiyyətinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibətilə ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat idman növü üzrə İsmayıllı rayon turniri keçirildi.
İlk öncə Azərbaycan xalqının və dövlətinin tarixində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin xatirəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra çıxış edənlər Ulu Öndərin həyatından, onun dövlət gənclər siyasətinə eyni zamanda digər sahələrə ayırdığı diqqət və qayğıdan yola çıxaraq, onun siyasi fikirləri, uğurlu dövlət inkişafı və xalqının çoxəsrlik tarixinə həkk etdiyi nadir və unudulmaz salnaməsindən danışıblar.
Tədbirin keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə onun təhsilə və idmana verdiyi dəyəri yad etmək, müəllimlər arasında intellektual düşüncəni təşviq etmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və sağlam rəqabət mühiti yaratmaqdan ibarət olmuşdur.
Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən dəyərli hədiyyələr, diplom və medallar ilə təltif olunmuşdurlar.