Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə inşa-yazı müsabiqəsi keçirilib
İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Heydər Əliyev: Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur”mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
İnşa-yazı müsabiqəsinin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəsil arasında Heydər Əliyev irsini təbliğ etmək və istedadlı şagirdlərin üzə çıxarılması olub.
İlk öncə dahi şəxiyyət və siyasi xadim Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Heydər Əliyevin “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir.” sözlərindən yola çıxaraq bildiriblər ki, II Qarabağ müharibəsində qazanılan böyük zəfərin Şuşanın azad olunması ilə tamamlanması da məhz Prezident İlham Əliyevin, Ulu Öndər siyasi kursunun uğurla icrasının təzahürü idi.
Daha sonra gənclər öz fikir və duyğularını qələmə alıblar. İsmayıllı şəhər məktəblilərinin iştirak etdiyi inşa-yazı müsabiqəsinin nəticələri məlum olduqdan sonra qalib olmuş gənclər İsmayıllı rayon Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif ediləcəklər.