Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumtəhsil müəsissə rəhbərləri ilə ideoloji maarifləndirmə konsepsiyasına əsasan görüş keçirilib

01 dekabr 2025 | 16:56

İsmayıllı rayonunda məktəb rəhbərləri ilə ideoloji maarifləndirmə konsepsiyasına uyğun olaraq növbəti görüş keçirilib. Görüşün əsas məqsədi təhsil müəssisələrində maarifləndirmə işlərinin daha sistemli, məqsədyönlü və konsepsiyada göstərilən tələblərə uyğun şəkildə həyata keçirilməsini təmin etmək olub.

Tədbir zamanı ideoloji maarifləndirmə konsepsiyasında əks olunan mövzuların tədris müəssisələrində geniş şəkildə təbliğ olunmasının vacibliyi vurğulanıb, bu istiqamətdə silsilə tədbirlərin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Məktəb rəhbərlərinə məlumatlandırma işlərinin yenilənməsi, şagirdlər arasında düzgün vətəndaş mövqeyinin formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliği kimi istiqamətlərdə görüləcək işlər barədə tövsiyələr verilib.

Görüşdə həmçinin mövcud ictimai-siyasi vəziyyət təhlil olunub, məktəblərdə ideoloji hazırlığın, profilaktik maarifləndirmə tədbirlərinin və şagirdlərlə aparılan tərbiyəvi işlərin gücləndirilməsi ilə bağlı bir sıra tapşırıqlar verilib.

Tədbirin sonunda məktəb rəhbərlərinə qarşıdakı dövr üçün fəaliyyət planlarının konsepsiyanın tələblərinə uyğun şəkildə formalaşdırılması tövsiyə olunub.

Keçidlər