Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması məqsədilə maarifləndirici görüş keçirilib

25 aprel 2025 | 18:01

İsmayıllı şəhər 6 saylı tam orta məktəbdə  Rayon İcra Hakimiyyəti, Rayon Prokurorluğu, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, rayon təhsil sektoru əməkdaşlarının, müəllimlərin, rayon məktəblərinin psixoloq və uşaq  birliyi təşkilat rəhbərlərinin iştirakı ilə uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması məqsədilə maarifləndirici görüş keçirilib.

Tədbirdə çıxış edənlər müvafiq sahədə aidiyyəti qurumlar tərəfindən görülən işlərdən bəhs ediblər. İştirakçılara uşaq əməyinin formaları, qanunvericiliklə müəyyən edilmiş əmək normaları barədə məlumat verilib. Qeyd edilib ki, uşaq əməyinin istismarı onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla yanaşı, eyni zamanda onları təhsildən məhrum edir, fiziki-mənəvi inkişafına zərbə vurur, cəmiyyətdə özlərinə layiqli yer tutmalarına mane olur.

Həmçinin “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarote Konvensiyası) tələblərinə uyğun olaraq həyata keçirilən tədbirlərdən də danışılıb.

Keçidlər