Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq Səfirlər Məclisi”nə seçilən şagirdlərlə görüş keçirilib

01 mart 2024 | 16:39

“Uşaq Səfirlər Məclisi”nə seçilən şagirdlər ilə görüş keçirilib. Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Sevil Əhmədova seçilən uşaqlara məclisin fəaliyyəti, görüləcək işlər barədə məlumat verib.

Görüşdə ötən il məclisə üzv seçilən Lahıc məktəbinin şagirdləri Zeynəb Abbasova və Leyla Ağamalıyeva yeni üzvlərlə öz təcrübələrini bölüşüblər. “Uşaq Səfirlər Məclisi”nin məqsədi uşaqların müxtəlif tədbirlərdə müstəqil olaraq fəallığının artırılması, təşkil olunan ictimai işlərdə dəstək göstərilməsindən ibarətdir.

Keçidlər