Uşaq hüquqları aylığı çərçivəsində “himayədar ailə modeli” adlı maarifləndirici tədbir keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan Regional Filialı ilə birgə uşaq hüquqları aylığı çərçivəsində maarifləndirici tədbir keçirib.
Tədbirdə Mərkəzin direktoru Lətifə Əliyeva qonaqları salamayıb və uşaq hüquqları aylığının məqsəd və əhəmiyyəti barədə giriş sözü söyləyib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Bəhruz Xələfov mövzu ilə bağlı çıxış edərək uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.
Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan Regional Filialının aparıcı məsləhətçisi Əziz Nərimanlı isə himayədar ailə institutu haqqında ətraflı təqdimatla çıxış edib, mövcud qanunvericilik, himayədar ailə modelinin üstünlükləri və tətbiq mexanizmləri barədə iştirakçıları məlumatlandırıb.
Tədbir çərçivəsində uşaq hüquqları, sosial dəstək mexanizmləri və ailə institutunun möhkəmləndirilməsi mövzularında çıxışlar və müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modeli ilə bağlı hazırlanmış video çarx da maraqla izlənilib.
Tədbir maarifləndirici və interaktiv mühitdə keçib, iştirakçılar tərəfindən müsbət qarşılanıb.






