Şriftin ölçüsü :

Saytın rəngi :

Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunmuş "Üzeyir Ömrü " adlı tədbir keçirilib

01 iyun 2025 | 15:54

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə görkəmli bəstəkar, ictimai-xadim ,dirijor ,publisist Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunmuş "Üzeyir Ömrü " adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə ölkəmizdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunur.

Tədbiri giriş sözü ilə açan Əməkdar Mədəniyyət İşçisi , "Tərəqqi" medallı Sahibə xanım Abdullayeva  dahi bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən danışıb.

Tədbir İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin şagirdlərinin bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Keçidlər