Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cəmil Məmmədlinin xatirəsinə həsr olunmuş “Tir atıcılığı” üzrə rayon birinciliyi keçirilib

13 iyun 2022 | 10:37

İsmayıllı rayon Heydər Əliyev adına parkda İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Cəmil Məmmədlinin xatirəsinə həsr olunmuş “Tir atıcılığı” üzrə rayon birinciliyi keçirilib.

Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP İsmayıllı rayon təşkilatının sədri və əməkdaşları, şəhid ailələri, məktəblilər və gənc könüllülər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, şəhidin xatirəsinin yad edilməsi, həmçinin bu idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi olub.

İlk öncə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Çıxış edənlər bu istiqamətdə keçirilən yarışların əhəmiyyətindən söz açaraq iştirakçılara uğurlar arzulayıb və daha sonra isə 60 gəncin iştirakı ilə birincilik keçirilib.

Mübarizənin sonunda qalib gənclərə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları və  şəhid Cəmil Məmmədlinin valideyinləri tərəfindən verilən hədiyyələr təqdim olunub.

Keçidlər