Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidinin övladının ad günü qeyd olunub

04 mart 2023 | 11:15

Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan igidimiz Ramil Musayevin övladının 2 yaşı tamam olub.

Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları Vətən müharibəsinin şəhidi Ramil Musayevin övladının doğum gününü təbrik edib.

 Bele ki, şəhidimizin evində olan idarə və müəssisə rəhbərləri, balaca Ramilin doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər. Rayon İcra hakimiyyətinin başçısı Nahid Bağırov şəhidin ailə üzvlərinə səmimi ürək sözlərini və təbriklərini çatdırıb. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad edib, şəhidimizin vəfatından sonra dünyaya gələn Ramil balamıza hədiyyələrini təqdim edib.

Şəhidimizin anası Nəsibə Musayeva şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşan ölkə rəhbərliyinə təşəkkürünü çatdırıb. Bu gün nəvəsinin ad gününün təbrik edilməsini şəhid ailələrinə və oğlu Ramilin ailəsinə göstərilən növbəti qayğı kimi qeyd edib.

Keçidlər