Vətəndaş məmnunluğu
İsmayıllı rayonunda vətəndaş müraciətlərinin operativ həlli istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində bir sıra yaşayış məntəqələrində yol infrastrukturunun yaxşılaşdırılması işləri uğurla davam etdirilir. Diyallı–Sədiyan, Talıstan–İsmayıllı, Ruşan, Qalınçaq, Qarakolluq, Talış, Zərnava, Əhən, İstisu və Qurbanəfəndi kəndlərində, eləcə də rayonun digər yaşayış məntəqələrində aparılan asfaltlama, çınqıllama və cari təmir işləri sakinlərin gündəlik gediş-gəlişini daha rahat və təhlükəsiz edib.
Görülən işlər kəndlər arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, xidmətlərə çıxışın asanlaşmasına, sosial-iqtisadi fəallığın artırılmasına və insanların həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Sakinlər tərəfindən bu dəyişikliklər böyük razılıqla qarşılanır və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edən bu cür layihələr rayonun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayır.
Yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlər dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadı daha da möhkəmləndirir və insanların rifahının yüksəldilməsinə xidmət edir.
Rayon ərazisində təmir, abadlıq və infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən işlər planlı şəkildə və fasiləsiz olaraq davam etdirilir.






