Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaş qəbulları davam edir

07 sentyabr 2022 | 12:43

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.

RİH başçısı Nahid Bağırov rayon sakinlərini qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə rayon rəhbəri tərəfindən müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Keçidlər