Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların problemlərinin yerində öyrənilməsi məqsədilə səyyar qəbullar davam etdirilir

21 aprel 2022 | 10:01

Rayon rəhbəri Nahid Bağırovun vətəndaşlarla növbəti səyyar görüşü İsmayıllı rayonunun Ruşan kəndində keçirilib. Səyyar görüşdə hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

 

Görüşdə vətəndaşlar tərəfindən kəndə qqz xəttinin çəkilməsi, elektrik və su təchizatının yaxşılaşdırılması, kəndarası yolların və Vəng kəndinə gedən yolun təmir edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

 

Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər