Vətəndaşlarla növbəti səyyar qəbul rayonun 1 saylı tam orta məktəbin binasında keçirilib
07 iyul 2023 | 09:53
Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
Sakinlər ilə görüşdə cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş layihələr və qərarlar, eyni zamanda bu istiqamətdə
İsmayıllı rayonunda görülən işlər haqqında məlumat verilir. RİH başçısı Nahid Bağırov və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilir, bir hissəsi yerindəcə həll olunur, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilir.