Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlarla növbəti səyyar qəbul - rayonun Pirəbülqasım kəndində keçirilib

17 avqust 2023 | 18:36

Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.

Pirəbülqasım kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.

Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov kəndin ağsaqqalı, Azərbaycanın elm sahəsində öz sözünü demiş, filologiya üzrə fəlsəfə doktoru Ağahəsən Bədəlzadəni ziyarət edərək qayğıları ilə maraqlanıb.

Keçidlər